SƏYAHƏTƏ GEDƏN ZAMAN NƏLƏRƏ DİQQƏT ETMƏLİYİK?

Bəzən səyahət edərkən bəzi problemlərlə rastlaşırıq. Bu da bizim səyahət öncəsi əhval - ruhiyyəmizə mənfi təsir göstərir.

Bu problemlər adətən hava limanında baş verən bəzi diqqətsizliyin nəticəsi olaraq ortaya çıxır.

Rose Travel Agency olaraq səyahət zamanı nələrə diqqət etməliyik sualına cavab olaraq bəzi tövsiyyələr və diqqət etməyimizin vacib olduğu bir sıra nüansları qeyd etmək istərdik.

1) Covid-19 la əlaqədar olaraq hava limanına uçuşdan 3 və ya 4 saat əvvəl gəlməyiniz tövsiyyə olunur.

2)Hər şeydən öncə xarici pasport üzərinizdə olmalıdır.

3)Xarici pasportun bitmə vaxtına xüsusi diqqət etməliyik.Çünki səyahət etdiyimiz bəzi ölkələr səyahətin bitdiyi günə qədər pasportun bitmə vaxtının 6 ay və ya 1 il qalması zamanı ölkəsinə giriş etməyə icazə verir.Əks halda səyahət planlarımız yarımçıq qalacaq.

4)Covid-19 la bağlı analiz verildikdən sonra 48 saat ərzində uçuşlar həyata keçirilməlidir.Çünki Covid-19 analiz testinin nəticəsi 48 saat ərzində etibarlıdır.

5)Ölkə ərazisindən çıxarkən bizə üzərimizdə apara biləcəyimiz xarici ölkənin valyutası olan dolların icazə verilən maksimal məbləği 10.000 dollardır.

6) 0 - 2 yaş arası uşaqlar uçuş zamanı ana qucağında getməlidir. Onlar üçün də müəyyən bir məbləğ ödənir. Ama bu məbləğ adətən cox az olur.

7) 2 - 12 yaş arası uşaqlar üçün biletlərdə müəyyən qədər endirimlər olur.

8)Bəzən problemlərin böyük əksəriyyəti baqajla bağlı yaranır.Baqajla bağlı diqqət etməli olduğumuz ən əsas məsələni qeyd edirik: Əgər biz hər hansi bir ölkəyə tranzit gediriksə, yəni bir 3- cü bir ölkənin vasitəçiliyi ilə səfər ediriksə, baqajı mütləq şəkildə son eniş edəcəyimiz ölkədə götürəcəyimizi qeyd etməliyik. Əks halda baqaj tranzit uçduğumuz ölkədə qala bilər və bu çox hallarda belə də olur.

9) Əgər ayrı-ayrı hava yolları ilə tranzit səfər ediriksə, baqajı mütləq şəkildə tranzit uçduğumuz ölkədə götürəcəyimizi qeyd etməliyik.

Bütün bunlara diqqət etməklə səyahətə başlayan zaman problem və mənfi hallarla rastlaşmarıq.

Rose Travel Agency olaraq hər birinizə xoş istirahət arzu edirik.