BUTA HAVA YOLLARI İLƏ RUSİYA ÜÇÜN BİRBAŞA UÇUŞLAR.

“Buta Airways” Moskvaya uçuşları bərpa edir.
Bakıdan “Jukovski” aeroportuna xüsusi reyslər həyata keçirməyə başlayacaq.
Uçuşlar aprel ayının 23-dən həftədə bir dəfə – həftənin cümə günləri Bakı – Jukovski hava limanı  və geri istiqamətində yerinə yetiriləcək.
Pandemiya dövründə həmin reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.

Qeyd edək ki, bu uçuşlar Azərbaycan vətəndaşlarına aiddir.