BAQAJ HAQQINDA MƏLUMATLAR

“Azərbaycan Hava Yolları” Aviaşirkəti yerlərin miqdarına görə qeydiyyatdan keçirilən baqajın daşınma normasının hesablanması üzrə yeni siyasəti tətbiq edir.

Aşağıdakı cədvəldə xidmət sinfindən və marşrutun məsafəsindən asılı olaraq “Azərbaycan Hava Yolları” şirkətinin reyslərində qeydiyyatdan keçirilən baqajın daşınma normaları, habelə normadan artıq baqaj üçün tariflər təqdim edilmişdir:

Yalnız Moskva (VKO) -Gəncə-Moskva (VKO), Moskva (VKO) –Qəbələ-Moskva (VKO) və Moskva (VKO) -Lənkəran-Moskva (VKO) uçuşlarında baqajın pulsuz daşınma norması 0 PC / Bagajın pulsuz daşınma norması barədə bütün məlumatı aviabiletinizdə tapa bilərsiniz.

Hər bir baqaja görə ilkin ödəniş (23 kiloqrama qədər daxil olmaqla) uçuşdan ən azı 3 saat əvvəl, aviaşirkətin şəxsi satış kassalarında və akreditə edilmiş agentliklərdə 40 Avro (30 GBP/50 USD/180 AED) məbləğində ödəniş etməklə mümkündür.

Üç ölçünün cəmi üzrə (hündürlük x en x dərinlik) bir baqaj yerinin ölçüsü 158 santimetrdən artıq olmamalıdır.

2 yaşına çatmamış və hava gəmisinin salonunda valideynləri ilə bir yerdə əyləşərək səyahət edən uşaqlar üçün çəkisi 10 kiloqramdan artıq olmayan  və üç ölçünün cəmi üzrə ölçüsü 115 santimetrdən böyük olmayan bir baqaj yerinin pulsuz daşınması hüququ verilir.

2-12 yaş arası uşaqlar üçün pulsuz baqajın daşınma norması böyük sərnişin üçün daşınma normasına bərabərdir.

Təyin edilmiş pulsuz daşınan baqaj normasından əlavə sərnişin minik, düşmə və ya uçuş zamanı ona lazım ola bilən ləvazimatları (əşyaları) daşımaq hüququna malikdir. Buraya aşağıdakı ləvazimatlar (əşyalar) daxildir:

2-yaşına qədər körpə/uşaq ilə uçan sərnişin üçün uçuş zamanı uşaq qidası və səfərdə istifadə üçün beşik;

2-yaşına qədər körpə/uşaq ilə uçan sərnişin üçün yüngül çəkili yığılan uşaq arabası (hava gəmisinin yük bölməsində daşınır).

      Üç ölçünün cəmi üzrə bir baqaj yerinin ölçüsü 158 santimetrdən artıq olduğu halda (203-santimetrdən böyük olmaması şərtilə) 50 EUR (40 GBP; 60 USD; 210 AED) məbləğində əlavə haqq alınır.

Üç ölçünün cəmi üzrə bir qeyri-standart baqaj yerinin ölçüsü 203 santimetrdən artıq olduğu halda 100 EUR (80 GBP; 120 USD; 420 AED) məbləğində əlavə haqq alınır.

 Bir yer baqajın çəkisi normadan artıq olduğu halda (23 kiloqramdan artıq, lakin 32 kiloqramdan artıq olamamaq şərti ilə) əlavə 50 EUR (40 GBP; 60 USD; 210 AED) məbləğində ödəniş olunmalıdır.

Baqajın normadan artıq çəkisi və ölçüsü üçün əlavə haqq həm icazə verilən norma həddində baqaja, həm də əlavə baqaj yerlərinə görə alınır. 

Çəkisi 32 kiloqramdan artıq olan baqaj yalnız yük kimi rəsmiləşdirilir və daşıma üçün qəbul edilir.

Bütün növ uşaq və əlil arabaları yalnız baqaj bölməsində daşınır və  müəyyən olunmuş baqaj normasından əlavə, ödənişsiz daşıma üçün qəbul edilir.