Azərbaycanın milli aviadaşıyıcısı Bakıdan Türkiyənin daha iki şəhərinə - Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır.
⠀
Türkiyənin paytaxtı - Ankara şəhərinə AZAL-ın reyslərinin həyata keçirilməsi həftədə iki dəfə - bazar ertəsi və şənbə günləri olmaqla sentyabrın 28-dən etibarən nəzərdə tutulmuşdur.
⠀
Antalyaya xüsusi reyslər 30 sentyabr tarixindən etibarən hər həftənin çərşənbə günləri həyata keçiriləcəkdir.
⠀
Xatırladaq ki, hazırda AZAL həftədə 11 reys olmaqla İstanbula uçuşların həyata keçirilməsini davam etdirir.
-----------------------
Bizimlə əlaqə:
+99450 8828287 (whatsApp aktiv)