HEYDƏR ƏLİYEV BEYNƏLXALQ AEROPORTU TƏLTİF EDİLDİ.

Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülmüşdür.

Bakı şəhərindəki Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək "5 ulduzlu" reytinqə layiq görülən dünyada beşinci hava limanı oldu.

Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətləndirilməsidir.

Pandemiya dövründə bütün fəaliyyət ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATININ qərara aldığı və ölkənin yerinə yetirdiyi fəaliyyətlə tənzimlənir.

Belə bir zamanda Heydər Əliyev Beynəlxalq Aeroportunun Covid- 19 tədbirlərinin səmərəliliyinin ən yüksək səviyyədə həyata keçirilməsi və bu nailiyyəti qazanması Azərbaycan vətəndaşları və xüsusilə xaricdən gələn qonaqların daha rahat və təhlükəsiz səyahət etmələrinə zəmin yaradır.