Vizasız gedə biləcəyiniz 12 ölkə

 

Səyahət etmək demək olar ki, hamımızın ən çox arzuladığı bir şeydir. Səyahət planları quranda isə ən aktual mövzulardan biri də viza məsələsi olur. Lakin sizə şad xəbərimiz var! Bir çox ölkələr var ki, e-viza, hava limanında viza və ya sadəcə turistik viza alaraq rahatlıqla gedə bilərsiniz. Bu viza növləri də ümumi olaraq “vizasız səyahət” kateqoriyasına aid edilsə də, hətta bunların heç biri olmadan sadəcə biletinizi alıb da gedə biləcəyiniz tamamən vizasız olan ölkələr var.

Sizin səyahət bələdçiniz olaraq bu gün həmin ölkələr haqqında araşdırmanı hazırladıq və getdikdən sonra o tətildən doymayacağınız ölkələri təqdim edirik.

 

Hansı ölkələrə vizasız getmək olar?

Azərbaycanlıların sıx səyahət etdiyi bir neçə ölkə var. Bu səyahətin sıx olmasının səbəbi oranın təbiətinin möhtəşəm olmasıyla yanaşı, həm də viza tələbinin olmamasıdır. Misal üçün, Gürcüstan, Türkiyə, vizasız səyahət edə biləcəyiniz ən aktual ölkələrdəndir. Siz hətta “Rose” Travel”a müraciət edərək hər iki ölkəyə eyni səyahət planında gedə bilərsiniz.

Gürcüstan və Türkiyəylə bərabər Rusiya da azərbaycanlılar tərəfindən ən çox seçim edilən ölkələrdəndir. Xüsusən də qış aylarında qara bürünən Rusiya meşələri, Moskvanın Qırmızı Meydanı turistləri heyran edir.

 

Türkiyə (İstanbul) turu üçün daxil olun.

Türkiyə (Alaçatı) turu üçün daxil olun.

Gürcüstan və Türkiyənin digər bölgələrinə olan turlarımıza baxmaq üçün daxil olun.

 

Vizasız səyahət tək bu üç ölkə ilə məhduddurmu? Əlbəttə ki, xeyr. Atlantik okeanın dupduru və sərin sularında unudulmaz anlar yaşamaq üçün Baham adaları Barbados, Dominikə vizasız səyahət edə bilərsiniz.

Həmçinin Avropanın özünəxas mədəniyyəti olan ölkələrindən Moldova, Makedoniya və Monteneqroya da vizasız səyahət mümkündür.

 

Hava limanında viza

İndi isə növbə hava limanında viza alaraq səyahət edəcəyiniz bölgələrindi. Gözünüzü yumaraq özünüzü Maldiv adalarında təsəvvür edin! Möhtəşəmdir, elə deyilmi? Bu möhtəşəmliyi yaşamaq üçün xüsusi viza prosedurlarına ehtiyac yoxdur. Sadəcə hava limanında viza əldə edərək Maldiv adalarında səyahət edə bilərsiniz.

Əgər “Rose” Travel”ın sizə təqdim etdiyi Maldiv turlarından xəbəriniz yoxdursa, mütləq bizimlə əlaqə saxlayaraq məlumat tələb edin.

Maldiv turu haqqında məlumat üçün daxil olun.

 

İndi düşünə bilərsiniz ki, hava limanında viza təkcə Maldiv üçün aktualdır?  Siz soruşmadan deyək. Maldivlə yanaşı Sakit okeanın sahilində yerləşən Marşal adaları və Hind okeanının sahilində yerləşən Komor adalarına səhəyatə edərkən siz vizanı hava limanında alırsınız.

 

Turist qeydiyyatı

Əziz səyahətsevər! İndi isə sizə sadəcə turist qeydiyyatı tələb edən və səyahətin çox, amma çox maraqlı olduğu yerlər barədə məlumat verəcəyik.

Hind okeanının sahilində 115 adadan ibarət olan bir yer düşünün. Bəli, Seyşellər və ya Seyşel adaları. Sadəcə turist qeydiyyatı ilə səfər edə biləcəyiniz Seyşel adaları yerləşdiyi Hind okeanında olan ən çox turistin getdiyi yerdir.

Hind okeanının sahilində yerləşən cənubi Asiyanın gözbəbəyi olan ŞriLankaya da sizə turust qeydiyyatı ilə gedə bilərsiniz. Tarixi qədim olan bu ada ölkəsi səyahətsevərlərin daima seçimi olur.

Əgər siz bu ölkə və adalar arasında hara səyahət edəcəyinizə qərar verə bilməmisinizsə, həmçinin siyahıda adı olmayan, lakin getmək istədiyiniz başqa ölkələr varsa, bizimlə əlaqə saxlayın. Çünki biz sizə unudulmaz səhayət vəd edirik.