Haqqımızda

2020-ci ildə müraciət edənlərə yaxşı xidmət və sərfəli qiymət təqdim etmək məqsədilə yaradılmış “Rose” Travel Agency turizm sahəsinin innovativ nümayəndəsi olaraq həm daxili, həm də xarici ölkələrə turlar təklif edir, hotellərdə yerləşdirmə xidmətləri göstərir. Yarandığımız gündən etibarən sürətlə böyüyür və sizə daha yaxşı xidmət göstərə bilmək üçün hər zaman yenilikləri öyrənirik. Əminliklə deyə bilərik ki, fəaliyyətimiz müddətində daima öz üzərində işləyən, sizlərə yüksək xidmət göstərən şəkildə çalışmış, hər zaman yaddaşlarda xoş iz qoymuşuq.

İllərdir etibarlı əməkdaşlıqlar sayəsində sizə xidmət göstərən “Rose” Travel Agency dünyanın hər yerinə müxtəlif səfərlər təşkil edir.

Dünyanın müxtəlif ölkəsində 100-lərlə sanatoriya seçim imkanı, lüks və həmçinin minimal xərcli səfərlər, arzuladığınız hoteldə qalmaq və unudulmayacaq əyləncə, bu və bu kimi səyahət fürsətlərini sizlərə təqdim edirik.

Biz “Rose” Travel komandası olaraq bizə müraciət edənlərə dostumuz kimi yanaşırıq və dostlarımıza unuda bilməyəcəkləri tətil planını hazırlayırıq. Ona görə də sevinirik ki, bizim saymaqla bitməyəcək qədər dostumuz var!