Alaçatıda gəzməli yerlər

Alaçatıda gəzməli yerlər

Bir çoxları üçün Alaçatı dəniz, qum və günəş deməkdir. Lakin Alaçatı həm də gəzməli və görməli yerləri ilə də adından söz etdirən bir bölgədir. Məhz buna görə də Alaçatı tətilinizdə bölgənin ən maraqlı yerlərini sizə təqdim edəcəyik. Bəli, “Rose Travel” bələdçiniz bu gün sizin üçün Alaçatıda gəzməli və görməli yerlərdən danışacaq!

 

Kemalpaşa küçəsi

Kemalpaşa Caddesi olaraq bilinən bu küçə Alaçatının ən məhşur və ən hərəkətli küçəsidir. Turistlərin marağına səbəb olan Alaçatı evlərilə yanaşı burada siz məşhur restoran və barları da görə bilərsiniz. Əgər axşam yeməyinizi buradakı hansısa restoranda yemək istəyirsinizsə, sizə önəmli məsləhətimiz var.

Gündüz vaxtı bu küçədə dolaşarkən hansı restoranda axşam yeməyi yeməyi düşünürsünüzsə, elə həmin an rezervasiyanızı etdirin. Çünki “Kemalpaşa Caddesi”ndəki restoranlarda axşam vaxtı yer tapmaq çox qəliz məsələdir.

 

Alaçatı limanı

Alaçatıda demək olar ki, hər küçə gəzməyə doymayacağınız bir üslubdadır. Amma Alaçatıya gəlib Egey dənizi sahilindəki limana getməmək olmaz. Alaçatı Port, yəni Alaçatı limanı bölgənin ən lüks bölgəsidir. Məhz ona görə də həm də Alaçatı Marina olaraq da adlandırılır.

Bəs belə lüks məkanda nələr etmək olar?

Alaçatı Marinada tam dəniz sahilində Egey dənizinin ləziz balıqlarından yeyə biləcəyiniz restoranlar, əyləncəli məkanlar var. Alaçatının gecə həyatı da marina bölgəsində yaşanılır. Mərkəzdə bir çox kafe və bar olsa da, əsas gecə klubları Alaçatı Marinada yerləşir.

 

Alaçatı çimərlikləri

Alaçatı hər mövsümdə səhər ediləcək bir bölgədir. Lakin turistlərin xüsusilə yay aylarında diqqətini çəkir. Çünki burada bir-birindən təmiz və gözəl sahili olan çimərliklər var.

Həmçinin Alaçatı dünyanın ən yaxşı sörfinq mərkəzlərindən biri olaraq da tanınır. Əgər siz adrenalinli su əyləncələrini sevirsinizsə, Alaçatı çimərlikləri sizin üçün ən uyğun olan seçimdir.

Alaçatıda çoxsaylı çimərliklər var, lakin bəyənəcəyiniz çimərlikləri sizin üçün araşdırdıq.

Uzun və qızılı rəngdə sahili olan “Ilıca” çimərliyi Çeşme ilə Alaçatı arasında yerləşən çimərlikdir. Ailəvi gedə biləcəyiniz ən yaxşı çimərliklərdən biridir. Çünki suyu dayaz və təhlükəsizdir. 

Masmavi, təmiz dənizi ilə rahatlıqla çimərlik keyfi yaşaycağınız digər məkan isə “Alaçatı Halk Plajı”, yəni Alaçatı xalq çimərlidir. Burada hansısa özəl müəssisə yoxdur, yəni bura gəlmək istəyirsinizsə,qida tədarükünü görüb elə gəlin.

Axı az əvvəl qeyd etdik, Alaçatı dünyanın ən yaxşı sörfinq mərkəzlərindən biridir. Əgər sörfinqə marağınız varsa, o zaman “Çark” çimərliyi axtardığınız məkandır. Bu çimərlik də xalq çimərliyidir, lakin özəl müəssisələr (kafe, restoran və s.) də fəaliyyət göstərir.

 

Alaçatıya səyahəti üçün ən uyğun tarix hansıdır?

Alaçatıda yay tətili düşünürsünüzsə, may-oktyabr ayları arasında gedə bilərsiniz. Masmavi dənizi, qızıl dənəcikli qumlu sahili ilə unudulmaz tətil yaşayacaqsınız.

Qeyd edək ki, “Rose Travel” sizə ideal Alaçatı turu təklif edir. Əgər bu turdan xəbəriniz yoxdursa, vaxt itirmədən linkə keçid edərək turla tanış ola bilərsiniz.

Alaçatı turunu kəşf edin.